Şeytana uyanların aqibəti

Təkəbbürə meylli, lovğalıq dolu qəlblərdə şeytanın təsiri daha böyükdür. Allah`ın qüvvəsini tanıyacaq bir imana və ağıla malik olan insanlar (Quranda insanların əksəriyyəti bu qrupa aid edilir) şeytanın addımlarına uymuş və onun firqəsinə çevrilmişlər. Ayədə bu insanlardan belə bəhs edilir:

«Şeytan onlara hakim olmuş və Allah`ı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, ziyana uğrayanlar məhz onlar şeytanın firqəsidir!» («Mucadələ» surəsi, 19)

Şeytanın arxasınca gedənlər və ona aldananlar ən böyük çaşqınlıqla əlbəttə ki, axirətdə rastlaşacaqlar. Çünki onlar həm cəhənnəmlə qarşılaşacaq, həm də şeytan orada onları tək qoyacaq. O zaman həmin insanlar şeytanın yalnız boş vədlər verdiyini, onun sözlərinin yalandan başqa bir şey olmadığını görəcəklər. Lakin onda çox gec olacaq, çünki şeytanın onları aldatdığı məlum olmuşdur, indi onları cəhənnəm əzabı gözləyir. İş-işdən keçdikdən sonra şeytan belə deyir:

«İş bitdikdə şeytan belə deyəcək; «Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən, zalimləri şiddətli bir əzab gözləyir!» (“İbrahim» surəsi, 22).