Təkəbbürün insanın ruhuna təsirləri

Təkəbbürlü insanlar həm öz hərislikləri, həm də ad-san, nüfuz, şan-şöhrət ardınca qaçmaları ilə diqqət çəkirlər. Onlar düşdükləri şəraitdə həmişə ən üstün, ən fərqli, ən qüvvətli, ən diqqətçəkici insan olmaq istəyirlər. Məsələn, onlar gözəllikləri, var-dövlətləri, mal-mülkləri, ağılları və ya mövqeləri kimi təkəbbür doğuran xüsusiyyətlərinə çox güvənirlər. Həmçinin əllərindəkiləri əbədi olaraq itirməyəcəklərini güman edirlər. Öz ağıllarına və cəfəng məntiqlərinə heç bir şübhələri olmur. İnsanların bir çoxu onlardakı bu böyük qüsurları gördüyü halda özləri bunu görməyərək ideal olduqlarını zənn edirlər. Belə ki, bu təkəbbürlü insanlar əslində düçar olduqları düşüncə və qavrayış çatışmazlığı ilə yanaşı hətta fərqinə belə vara bilmədikləri daha bir acizlik içindədirlər. Allah belə insanların düşüncələrində olan qüsuru və əqli çatışmazlıqlarını Quranda belə ifadə etmişdir:

«Onların içərisində səni dinləyənlər də vardır. Ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə biləcəksən?! Onların içərisində sənə baxanlar da vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!» («Yunus» surəsi, 42-43).

Bu insanları təkəbbür göstərməyə sövq edən məsələ onların malik olduğu xüsusiyyətlərə görə müxtəlif olsa da təkəbbürlü insanların ruhi vəziyyətinin və mənəvi durumunun bəzi ortaq məqamları var. Bu məqamlar da öz içində təfsilatı ilə incələnib təsnif edilə bilər. Lakin burada onları bir neçə başlıq altında toplamaq daha faydalı olardı.

Xəstə və nizamsız bir ruhi vəziyyətə malikdirlər

Ən çox qorxduqları şey səhv etməkdir

Tənqidə dözə bilmirlər

Ən çox xoşladıqları şey başqaları tərəfindən təriflənməkdir

Təkəbbür sevməyin və sevilməyin qarşısında bir maneədir

Heç nədən zövq almırlar