Bütün kitab boyunca izah olunduğu kimi, təkəbbürlü və lovğa insanların ən başlıca xüsusiyyəti onların özlərinin yaradılmış, deməli, ölümlü varlıqlar olduqlarını və həyatlarının sonunda bir gün mütləq öləcəklərini yaddan çıxarmaları, Allah qarşısında çox aciz və yazıq olmaları haqqında heç düşünməmələridir. Belə insanlar düşdükləri şəraitdən asılı olmayaraq boş bir təkəbbür hissinə qapılmaq üçün evlərinin gözəlliyi, onun içində olan əşyalar, avtomobilinin markası və ya modeli, geyiminin keyfiyyəti, saçının uzun və sıx olması, gözünün rəngi, boyunun uzunluğu, fiziki gözəlliyi, cəmiyyətdə tutduğu mövqe, şöhrət, familiyasının məşhurluğu və s. bu kimi səbəblər tapa bilirlər.

Lakin onlar heç düşünmürlər ki, «Hər bir kəs ölümü dadacaqdır» («Ali-İmran» surəsi, 185) ayəsində də qeyd olunduğu kimi, bir gün mütləq torpağın altına gedəcəklər. Onların dəyərli hesab etdikləri hər şey də özlərinin ardınca yox olacaq, yüksək qiymət verdikləri bədənləri çürüyəcək və ondan yalnız bir sümük yığını qalacaq, ən son model avtomobil adlandırdıqları metal yığınları isə bir neçə on ildən sonra işə yaramayacaq bir vəziyyətə düşərək paslanacaq, şöhrətləri, mövqeləri və nüfuzları bəlkə də bir neçə ildən sonra heç kim tərəfindən xatırlanmayacaq. Hətta aradan yüz il keçdikdən sonra dünyada onları tanıyan bir nəfər də olsun adam qalmayacaq. Bu adamların bütün bunları dərk edə bilməməsi, eyni zamanda bu məsələlər barədə heç düşünməməsi onların əslində nə qədər dar düşüncəyə malik olmasının, daha doğrusu, ağılsız insanlar olmasının bir əlamətidir.

Lakin ağılsızlıq böyük bir aldanış içində olan həmin insanlar üçün yüngülləşdirici bir səbəb deyil. Çünki Allah hər bir insanı yaratmış və ona iki yol, iki məqsəd təqdim etmişdir. Belə ki, insan Allah`a qəlbən bağlı olan bir bəndə kimi bütün həyatını əbədi gözəlliklər məskəni olan cənnət uğrunda savab qazanaraq keçirə yaxud da öz nəfsini ilahiləşdirərək Rəbbinə qarşı təkəbbür göstərə bilər. Birinci halda Allah onun ağlını artırır, ikinci halda isə ağlını əlindən alır. İblis kimi təkəbbür göstərib lovğalanan insanlar məqsəd olaraq ikinci yolu seçmişdilər. Üstəlik onlar hər dəfə xəbərdar edilsələr də inadkarlıq göstərməkdə davam etmiş və Allah`a qarşı çıxmışdılar. Belə insanlar ayələrin birində aşağıdakı kimi qiymətləndirilir:

Davamı