Qurandan da bildiyimiz kimi, Haman Fironun yanında olan və Fironun əxlaqı və düşüncəsi ilə hərəkət edərək onun əmrlərini yerinə yetirən bir insan idi. O da Firon kimi təkəbbürlü və azğın olduğuna görə onunla eyni cərgədə olmuş və Fironu dəstəkləmişdi. Hz.Musa öz qövmünə peyğəmbər kimi göndəriləndə Haman da Fironla birlikdə onu yalançılıqda ittiham etmişdi. Bu məsələ Quranda belə təsvir olunur:

«Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik. Fironun Hamanın və Qarunun yanına. Onlar isə: «Bu sehrbazdır, yalançıdır!» -dedilər. Musa onların yanına dərgahımızdan haqq ilə gəldikdə onlar: «Onunla birlikdə iman gətirənlərin oğlanlarını öldürün, qadınlarını isə diri saxlayın!» - dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar» («Mumin» surəsi, 23-25).

Firon Allah`a qarşı azğın və çirkin bir tərzdə davrandığı zaman Haman da həmişə onun yanında olmuş və ona dəstək vermişdi. Hətta Fironun ən azğın fikirləri ilə də razılaşmış və Fironun ondan istədiyi hər şeyi yerinə yetirmişdi. Ayələrdə Fironun Hamana Allah`ı görmək üçün (bu ifadələrdən Allah`ın rəhminə sığınırıq) göylərə ucalan bir qüllə tikməyi əmr etməsindən bəhs olunur:

«Firon dedi: «Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, ora qalxıb bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!» («Qəsəs» surəsi, 38).

Lakin öz təkəbbürü səbəbilə Allah`ı və Onun elçisini tanımaq istəməyən Hamanın aqibəti də tabe olduğu insanların,-şeytanın və Fironun,-aqibəti ilə eyni olmuş, Allah Hamanı da Firon kimi həlak edərək ona təkəbbürün və lovğalanmağın labüd fəlakətli bir sonluqla bitməsinin acısını daddırmışdı:

Davamı