Our Services

  • Təkəbbürlü olmağın səbəbləri

    Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, təkəbbürlülüyün əsasında insanın özünü Allah`dan asılı olmayan bir varlıq kimi görüb malik olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlanmasını güman etməsi ...

    Təkəbbürlü olmağın səbəbləri

    Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, təkəbbürlülüyün əsasında insanın özünü Allah`dan asılı olmayan bir varlıq kimi görüb malik olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlanmasını güman etməsi, bu səbəbdən də özünə «mənlik» kimi bir hiss verməsi dayanır. Halbuki bunun nə qədər cəfəng bir məntiq olduğunu görmək üçün müəyyən bir inanca və etiqada malik olmağa heç bir ehtiyac yoxdur.

    Əgər insan bir qədər düşünsə, bu dünyaya öz istəyi ilə gəlmədiyini, burada nə qədər qalacağını bilmədiyini, malik olduğu fiziki xüsusiyyətlərin ona şəxsi istəyinə əsasən verilmədiyini asanlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin müvəqqəti olduğunu və onların nəhayət bir gün yox olacağını dərk edər. Bütün bu qeyd olunanlar həmin insanın tamamilə aciz olmasının, heç nəyin, hətta əlində olan ən böyük şeylərin də əslində ona aid və onun nəzarətində olmamasının ən böyük dəlilləridir. Bunlar barədə bir qədər də dərindən düşündüyümüz zaman həmin dəlillərin sayını artırmaq olar. Bütün bu həqiqətlərdən sonra bir insanın təkəbbürlülük göstərib lovğalanmasının nə qədər alçaldıcı, nə qədər ağıldan və məntiqdənkənar bir hərəkət olması göz qabağındadır. Lakin əksər insanlar hətta belə sadə həqiqətləri də dərk etməyəcək və ya unudacaq bir şüursuzluq içində yaşayırlar. Elə bu səbəbdən də yaşadığımız dövrdə bir qədər az və ya çox şəkildə təkəbbür göstərməyən, lovğalanmayan insana rast gəlmək çox çətindir.

    Davamı

  • Təkəbbürün insanın ruhuna təsirləri

    Təkəbbürlü insanlar həm öz hərislikləri, həm də ad-san, nüfuz, şan-şöhrət ardınca qaçmaları ilə diqqət çəkirlər. Onlar düşdükləri şəraitdə həmişə ən üstün, ən fərqli, ən qüvvətli, ən diqqətçəkici insan olmaq istəyirlər...

    Təkəbbürün insanın ruhuna təsirləri

    Təkəbbürlü insanlar həm öz hərislikləri, həm də ad-san, nüfuz, şan-şöhrət ardınca qaçmaları ilə diqqət çəkirlər. Onlar düşdükləri şəraitdə həmişə ən üstün, ən fərqli, ən qüvvətli, ən diqqətçəkici insan olmaq istəyirlər. Məsələn, onlar gözəllikləri, var-dövlətləri, mal-mülkləri, ağılları və ya mövqeləri kimi təkəbbür doğuran xüsusiyyətlərinə çox güvənirlər. Həmçinin əllərindəkiləri əbədi olaraq itirməyəcəklərini güman edirlər. Öz ağıllarına və cəfəng məntiqlərinə heç bir şübhələri olmur. İnsanların bir çoxu onlardakı bu böyük qüsurları gördüyü halda özləri bunu görməyərək ideal olduqlarını zənn edirlər. Belə ki, bu təkəbbürlü insanlar əslində düçar olduqları düşüncə və qavrayış çatışmazlığı ilə yanaşı hətta fərqinə belə vara bilmədikləri daha bir acizlik içindədirlər. Allah belə insanların düşüncələrində olan qüsuru və əqli çatışmazlıqlarını Quranda belə ifadə etmişdir:

    «Onların içərisində səni dinləyənlər də vardır. Ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə biləcəksən?! Onların içərisində sənə baxanlar da vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!» («Yunus» surəsi, 42-43).

    Bu insanları təkəbbür göstərməyə sövq edən məsələ onların malik olduğu xüsusiyyətlərə görə müxtəlif olsa da təkəbbürlü insanların ruhi vəziyyətinin və mənəvi durumunun bəzi ortaq məqamları var. Bu məqamlar da öz içində təfsilatı ilə incələnib təsnif edilə bilər. Lakin burada onları bir neçə başlıq altında toplamaq daha faydalı olardı.

    Davamı

  • Təkəbbürün insan orqanizminə mənfi təsirləri

    Təkəbbür insanın ətraf aləmə qarşı daim quru və laqeyd davranmasına səbəb olduğuna görə bir müddət sonra onda böyük bir narahatlıq və stress əmələ gətirir...

    Təkəbbürün insan orqanizminə mənfi təsirləri

    Təkəbbür insanın ətraf aləmə qarşı daim quru və laqeyd davranmasına səbəb olduğuna görə bir müddət sonra onda böyük bir narahatlıq və stress əmələ gətirir. Səhv etmək, tənqid olunmaq, alçalmaq, nüfuzunu itirmək, önə çıxmaq, üstün olmaq, baxıb lovğalandığı şeylərini itirmək kimi qayğılar insanı çox yorur, ondan daim diqqətli olmağı tələb edir. Bu da stress və narahatlığın meydana çıxması üçün ideal şərait yaradır. Buna görə də təkəbbürlü insanın üzünün ifadəsi və ruhi vəziyyəti təvəkkül (Allah`a qəlbən güvənən) sahibi olan təvazökar insanın analoji vəziyyətindən çox fərqlənir.

    Təkəbbürlü insanlar stress və narahatlıq içində keçirdikləri həyatları ilə ətraflarına verdikləri zərərdən daha artığını öz orqanizmlərinə verirlər. Lakin onların əksəriyyəti bunun fərqinə vara bilmir. Onlar öz yaxın ətraflarına hər zaman ən yaxşı və ən üstün görünmək istədiklərinə görə beyinlərində böyük bir gərginlik var. Bunun əlamətlərini onların bütün orqanizmində görmək mümkündür.

    Lovğa və təkəbbürlü adamların daxili gərginliyi, stressi və narahatçılığı onların vücudunda müxtəlif təsir və əlamətlərlə ortaya çıxır. Məsələn, belə adamların saçları gec uzanır, cod və cansız olur. Dəriləri təravətini itirmiş kimi görünür, quru və yaşlı insanın dərisini xatırladır. Qocalığın və yaşlılığın əlamətləri özünü çox tez büruzə verir. Dərilərində ani surətdə qırışlar yarana bilir. Ağızlarında quruluq olur. Zahiri cəhətdən çox gözəgəlimli insanlar olsalar da diqqət yetirildiyi zaman vücudlarında mənfi bir təsir dərhal gözə çarpır. Gözlərinin canlılığı itir, baxışları donuq görünüş alır. Üz əzələlərinin yığıldığı və təbii olmadığı çox asanlıqla sezilir. Qadınların dərilərində təkəbbürün təsiri ilə anlaşılmaz bir şəkildə kişiləşmə əlamətləri ortaya çıxır, onların dərisi qalınlaşır, tüklənir, damarları çıxır, əllərində olan sümüklər aydın görünür, həmçinin dərilərində saralma halları olur.

    Təkəbbürlü və lovğa insan fiziki baxımdan nə qədər gözəl və gözəgəlimli olsa da onun təkəbbürdən və ağılsızlıqdan irəli gələn cismani qüsurları dərhal nəzərə çarpır. Lakin bununla yanaşı səmimi və təvazökar bir mömin,-o, hətta orta gözəllikdə də olsa,-gözə imanın təsiri ilə daha xoş və şirin gələ bilər.

    Başqa bir tərəfdən isə təkəbbürlü və lovğa insanlarda diqqəti onların danışıq qüsurları cəlb edir. Belə adamlar rahat, rəvan, səlis və səmimi danışa bilmirlər. Belə insanlar yalnız öz ağıllarını bəyəndiklərinə görə onların məntiqi çox nizamsız və anlaşılmaz olur. Onlar səmimi və hikmətli danışmaq əvəzinə öz qüsurlarını örtə biləcək şəkildə gəlişigözəl sözlər deyir, səhvlərinin ortaya çıxmasının qarşısını almaq və yaxud da insanların etimadını qazanmaq məqsədilə danışırlar. Buna görə də qurduqları hər bir cümlə həm ağılsız olur, həm də onun doğru olmaması dərhal üzə çıxır. Xüsusən də nəfsləri sıxıldığı zaman, yəni səhvləri ortaya çıxanda və ya xoşlamadıqları bir şey xatırlananda bütün bu xüsusiyyətlər özünü daha aydın büruzə verir.

    Davamı

  • Gizli təkəbbür

    Təkəbbürün, yəni özünü üstün hesab etmənin başqa bir növü də gizli təkəbbürdür. Gizli təkəbbürə malik olan insanlar davranış baxımından klassik təkəbbürlü insanlardan fərqlənirlər...

    Gizli təkəbbür

    Təkəbbürün, yəni özünü üstün hesab etmənin başqa bir növü də gizli təkəbbürdür. Gizli təkəbbürə malik olan insanlar davranış baxımından klassik təkəbbürlü insanlardan fərqlənirlər. Onların arasında olan ən böyük fərq təkəbbürlü insanın kənardan çox asanlıqla bilinməsi, gizli təkəbbürə malik olanların isə kənardan uzun müddət tanınmamasıdır.

    Təkəbbürlü insanlar öz lovğalıq və təkəbbürünü büruzə verməkdən, özlərini açıq şəkildə böyük göstərməkdən çəkinmirlər. Digərləri isə öz təkəbbürünü gizləyir. Şeytani bir düşüncəyə malik olan bu insanlar öz təkəbbür və lovğalıqlarının nəzərə çarpmaması üçün böyük səylər göstərirlər. Əlbəttə ki, burada insanın ağlına belə suallar gəlir: Bu insanlar öz təkəbbürlərini niyə gizlədirlər? Nə üçün buna belə böyük səy göstərirlər?

    Bunun müxtəlif səbəbləri var. Klassik təkəbbürlü insanlardan fərqli olaraq daha ağıllı olan bu insanlar əslində nəyin doğru, nəyinsə səhv olduğunu yaxşı bilirlər. Bu səbəblə də təkəbbürün və lovğalığın digər insanlarda mənfi hisslər doğuracağını və onları təbii şəkildə əsəbiləşdirəcəyini anlayırlar. Belələri insanların etibarını qazanmağa olduqca böyük əhəmiyyət verdiklərinə görə onların etibarını itirməmək məqsədilə öz təkəbbürlərini gizləməyə üstünlük verirlər. Təvazökar olmağın bir üstünlük, bir müsbət cəhət olduğunu bildiklərinə görə də elə görünməyə çalışırlar.

    Həmin insanlar inanırlar ki, gizli şəkildə «ən ağıllı», «ən haqlı» adamlar elə onların özləridir. Onlar özlərini öz gözlərində demək olar ki, tanrılaşdırır, bu halda da hər hansı bir qüsuru və ya səhvi özlərinə sığışdıra bilmirlər. Bu səbəbdən də öz daxili aləmlərini ətrafdakılara, yəni başqa insanlara bildirməməyə çalışırlar. Buna görə də özlərini təkəbbürlü göstərmək istəmir, bundan çox utanırlar. Belə adamlar yalnız Allah`dan qorxmalı, yalnız Ondan çəkinməli olduqları halda sadəcə olaraq insanların etibarını itirməkdən qorxurlar.

    Belə insanların ən çox xoşladığı şeylərdən biri də insanlara öz qəlblərində, gizli şəkildə, arxada lağ etməkdir. Onlar öz nəfslərini bu yolla təmin etmək istəyirlər. Hər zaman olduğu kimi bunun da kənardan sezilməməsinə diqqət yetirirlər.

    Belə adamlar öz təkəbbürlərini olduqca şeytani bir şəkildə gizlədirlər. Burada ilk öncə bunu qeyd etmək lazımdır ki, belə insanlar düşdükləri mühitdə özləri barədə ən ideal insan təsəvvürü yaratmaq istəyirlər. İnsanların onları «təmiz qəlbli» adam kimi tanıması onlar üçün həyati əhəmiyyətli məsələlərdən biridir. Bu səbəblə də özlərini qüsursuz və günahsız göstərməyə çalışırlar. Beləliklə də insanların rəğbətini və sevgisini qazanmaq, ətrafdakılar tərəfindən qiymətləndirilmək və bəyənilmək, insanların gözündə ucalmaq, bunun sayəsində isə təkəbbürlərini gizli-gizli davam etdirmək istəyirlər.

    Davamı

  • Firon

    Allah`a qarşı təkəbbürlü və lovğa olması səbəbi ilə adı Quranda çəkilən insanlardan biri də Firondur. Quranda insanlara ibrətamiz nümunə kimi göstərilən Fironu yalnız fərd olaraq qiymətləndirmək mövzunu məhdud çərçivədə görməyimizə səbəb olardı.

    Firon

    Allah`a qarşı təkəbbürlü və lovğa olması səbəbi ilə adı Quranda çəkilən insanlardan biri də Firondur. Quranda insanlara ibrətamiz nümunə kimi göstərilən Fironu yalnız fərd olaraq qiymətləndirmək mövzunu məhdud çərçivədə görməyimizə səbəb olardı. Fironun Quranda verilən hekayətini müxtəlif aspektlərdən qiymətləndirməkdə əsas məqsədimiz ayələrdə haqqında bəhs olunan Hz.Musa qarşısındakı Fironla bağlı məlumat verməklə yanaşı təkəbbürlü insanlarda tez-tez rast gəlinən «Firon xarakteri»ni də açıqlamaqdır.

    Tarixdə belə xarakterə malik olan bir çox tanıdığımız və tanımadığımız insanlar olub. Əslində bu xüsusiyyətlər xalqa da yad deyil. Xalq arasında öz təkəbbürü və lovğalığı ilə məşhur olan azğın insanlar barədə «Firon kimidir», «Fironluq edir» ifadələri işlədilir.

    «Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini batırdıq. Onların hamısı zalım idi!» («Ənfal» surəsi, 54).

    Davamı

  • Qarun

    Ayələrdən də aydın olduğu kimi, Qarunun doğru yoldan azmasına və təkəbbür göstərməsinə səbəb olan amil də var-dövlət idi. Allah Qarunu sınağa çəkmək üçün ona böyük xəzinə vermişdi.

    Qarun
    «Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: «(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah qürrələnib sevinənləri sevməz!»
    («Qəsəs» surəsi, 76).

    Ayələrdən də aydın olduğu kimi, Qarunun doğru yoldan azmasına və təkəbbür göstərməsinə səbəb olan amil də var-dövlət idi. Allah Qarunu sınağa çəkmək üçün ona böyük xəzinə vermişdi. Bütün təkəbbürlü insanlar kimi Qarun da bu var-dövlət hesabına azğınlaşaraq yolunu azmışdı. Qarun bütün mal-mülkün yalnız Allah`a məxsus olduğunu və onları istədiyi vaxt geri alacağını yaddan çıxarmış, bütün bu sərvətlərin Allah tərəfindən onu sınamaq üçün verildiyini anlaya bilməmişdi. Təkəbbürlü olması səbəbi ilə bunlara layiq olduğunu, bunların ona bəzi üstün xüsusiyyətlərə görə verildiyini düşünmüşdü:

    «Dedi: «Bu məni yalnız məndə olan elm sayəsində verilmişdir». Məgər o Allah`ın ondan əvvəl özündə daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar» («Qəsəs» surəsi, 78).

    Təkəbbürlü insanların azğın dünyagörüşü məhz belədir. Onlar hər şeyi verən qüvvə Allah olduğu halda Ona şükr etmək və ya Ondan bağışlanma diləmək əvəzinə təkəbbür göstərməyi üstün tuturlar. Bütün bu nemətlərin hər an əllərindən çıxa biləcəyini isə hətta ağıllarına da gətirmirlər. Halbuki yuxarıdakı ayədə də ifadə edildiyi kimi, Allah Qarundan daha varlı və güclü olan bir çox insanları təkəbbürlülük etdiklərinə görə məhv etmişdir. Qarunu da onun bənzədiyi insanlar kimi məhz təkəbbürü səbəbi ilə bu dünyada ikən cəzalandırmışdır. Qarun özünü elə öz gözündə böyütdüyü kimi qüvvətli olsaydı, şübhəsiz ki, ən əvvəl özünə kömək edərdi. Lakin nə etibarı, nə mal-dövləti, nə camaatı, nə də öyündüyü biliyi onu Allah`dan gələn əzabdan xilas etməmişdi:

    Davamı

  • Haman

    Qurandan da bildiyimiz kimi, Haman Fironun yanında olan və Fironun əxlaqı və düşüncəsi ilə hərəkət edərək onun əmrlərini yerinə yetirən bir insan idi.

    Haman

    Qurandan da bildiyimiz kimi, Haman Fironun yanında olan və Fironun əxlaqı və düşüncəsi ilə hərəkət edərək onun əmrlərini yerinə yetirən bir insan idi. O da Firon kimi təkəbbürlü və azğın olduğuna görə onunla eyni cərgədə olmuş və Fironu dəstəkləmişdi. Hz.Musa öz qövmünə peyğəmbər kimi göndəriləndə Haman da Fironla birlikdə onu yalançılıqda ittiham etmişdi. Bu məsələ Quranda belə təsvir olunur:

    «Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik. Fironun Hamanın və Qarunun yanına. Onlar isə: «Bu sehrbazdır, yalançıdır!» -dedilər. Musa onların yanına dərgahımızdan haqq ilə gəldikdə onlar: «Onunla birlikdə iman gətirənlərin oğlanlarını öldürün, qadınlarını isə diri saxlayın!» - dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar» («Mumin» surəsi, 23-25).

    Firon Allah`a qarşı azğın və çirkin bir tərzdə davrandığı zaman Haman da həmişə onun yanında olmuş və ona dəstək vermişdi. Hətta Fironun ən azğın fikirləri ilə də razılaşmış və Fironun ondan istədiyi hər şeyi yerinə yetirmişdi. Ayələrdə Fironun Hamana Allah`ı görmək üçün (bu ifadələrdən Allah`ın rəhminə sığınırıq) göylərə ucalan bir qüllə tikməyi əmr etməsindən bəhs olunur:

    «Firon dedi: «Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, ora qalxıb bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!» («Qəsəs» surəsi, 38).

    Lakin öz təkəbbürü səbəbilə Allah`ı və Onun elçisini tanımaq istəməyən Hamanın aqibəti də tabe olduğu insanların,-şeytanın və Fironun,-aqibəti ilə eyni olmuş, Allah Hamanı da Firon kimi həlak edərək ona təkəbbürün və lovğalanmağın labüd fəlakətli bir sonluqla bitməsinin acısını daddırmışdı:

    Davamı

  • Hz.İbrahimin atası

    Hz.İbrahimin atası bir çox başqa qövmlərdə olan inkarçı xüsusiyyətlərə malik idi. O, Allah qarşısında təkəbbür göstərən, elçiyə qarşı çıxıb ziddiyyət və çaxnaşma yaradan insanlardan biri idi.

    Hz.İbrahimin atası

    Hz.İbrahimin atası bir çox başqa qövmlərdə olan inkarçı xüsusiyyətlərə malik idi. O, Allah qarşısında təkəbbür göstərən, elçiyə qarşı çıxıb ziddiyyət və çaxnaşma yaradan insanlardan biri idi. Din əxlaqını öz oğlundan öyrənmək bu təkəbbürlü insana ar gəlmiş və onu peyğəmbər kimi qəbul etmək istəməmişdi. Hz.İbrahim atasına dini gözəl bir dillə və hikmətlə təbliğ etmiş, onu bütlərə ibadət etməkdən çəkindirməyə çalışmışdı. Lakin onun bütün bu səmimi səylərinə baxmayaraq atasının davranışı olduqca sərt olmuşdu. Atası sadəcə olaraq Allah`a iman gətirdiyinə görə Hz.İbrahimdən imtina etmək istəmiş, hətta öz doğma oğlu olmasına baxmayaraq onu daş-qalaq etməklə hədələmişdi:

    «Kitabda İbrahimi də yad et. Həqiqətən, o, büsbütün doğrudanışan kimsə - bir peyğəmbər idi. O, bir zaman atasına belə demişdi: «Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan!» (Atası) dedi: «Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər bu hərəkətlərinə son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!»« («Məryəm» surəsi, 41-46).

    Davamı

  • Əbu Ləhəb

    Məlum olduğu kimi, Əbu Ləhəb Hz.Məhəmmədin (s.ə.v.) dövründə yaşamış, öz təkəbbürü, lovğalığı və azğınlığı ilə tanınan inkarçı birisi olmuşdu.

    Əbu Ləhəb

    Məlum olduğu kimi, Əbu Ləhəb Hz.Məhəmmədin (s.ə.v.) dövründə yaşamış, öz təkəbbürü, lovğalığı və azğınlığı ilə tanınan inkarçı birisi olmuşdu. Başqaları kimi varlı olması ilə də məşhur olan Əbu Ləhəbin həyat yoldaşı ilə birlikdə etdiyi hərəkətlərin müqabilində cəhənnəm əzabı ilə cəzalandırıldıqları Quranda bildirilir. Bu iki insanın təkəbbürünə cavab olaraq Allah onlara alçaldıcı cəzalar vermişdir. Məsələn, öz var-dövləti və əsli-nəsli ilə öyünərək yaşadığı bu dünyada lovğa adamların bəyənməyəcəyi odun daşımaq kimi bir iş görmək təkəbbürlü insanları alçaldan işdir. Həmçinin boyunlarına bir kəndirin bağlanması da onların nəzərində təhqiramiz və alçaldıcı bir vəziyyətdir. Lakin Allah Əbu Ləhəblə arvadını axirətdə cəhənnəm odu ilə yanaşı həm də bu rüsvayçı vəziyyətə salaraq onları heç təsəvvürlərinə belə gətirmədikləri bir tərzdə alçaldıb. Əbu Ləhəbin və arvadının bu vəziyyəti onlardan sonrakı insanlara ibrət olsun deyə Quranda ayrıca bir surə şəklində bildirilir:

    Davamı

  • Bağ sahibi

    Quranda əlində olan nemətlərə görə lovğalanıb təkəbbür göstərən və nəticədə əzaba düçar olan bir bağ sahibindən bəhs edilir. Bu hadisə zənginlikdən irəli gələn təkəbbürə dair ən bariz nümunədir.

    Bağ sahibi

    Quranda əlində olan nemətlərə görə lovğalanıb təkəbbür göstərən və nəticədə əzaba düçar olan bir bağ sahibindən bəhs edilir. Bu hadisə zənginlikdən irəli gələn təkəbbürə dair ən bariz nümunədir. Bu məsələ ilə bağlı vəziyyət ayələrdə belə bildirilir:

    «Onlara iki adamı mİsal gətir. Onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq. Bu adamın başqa sərvəti də var idi. O öz yoldaşı ilə söhbət edərkən ona dedi: «Mən səndən daha dövlətli və əşirətcə səndən daha qüvvətliyəm!» O özünə zülm etdiyi halda bağına girib dedi: «Bu bağın nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!»« («Kəhf» surəsi, 32-36).

    Allah ayədə haqqında «bağ sahibi» deyə bəhs olunan bu insanı sınağa çəkmək üçün ona böyük sərvət vermişdi. Bağ sahibinə verilən bu nemətlər isə onun haqsız yerə lovğalanmasına səbəb olmuşdu. O, şükür edib Allah`dan bağışlanma diləmək və bunlardan Allah yolunda istifadə etmək əvəzinə lovğalıq edib təkəbbürlü ifadələr işlətmiş, həddini hətta o qədər aşmışdı ki, ağılsızcasına malının və gücünün əbədi olacağına inanmışdı.

    Bu hadisə təkəbbürlü insanların məntiqinin və düşüncələrinin olduqca çürük və tutarsız olmasına açıq bir nümunədir. Bağ sahibi mülkünün əbədi olacağını iddia etdiyi halda Allah`ı açıq şəkildə inkar etmir və Onun hüzuruna çıxmaq ehtimalını da nəzərdən qaçırmırdı. Lakin bu ehtimal hətta həyata keçsə də onun Allah tərəfindən cəzalandırılmayacağını, tam əksinə, hətta mükafatlandırılacağını düşünməsi çox maraqlıdır.

    Davamı

  • Qövmlərin başçıları

    Qurandan da bizə aydın olduğu kimi, Allah`ın göndərdiyi elçiləri inkar edənlər, onlara qarşı mübarizə aparanlar və böyük düşmənçilik edənlər qövmlərin başçıları olmuşdur.

    Qövmlərin başçıları

    Qurandan da bizə aydın olduğu kimi, Allah`ın göndərdiyi elçiləri inkar edənlər, onlara qarşı mübarizə aparanlar və böyük düşmənçilik edənlər qövmlərin başçıları olmuşdur. Belə aparıcı inkarçıların ən bariz xüsusiyyəti onların təkəbbürlü və lovğa olmasıdır. Bu məsələ ilə bağlı bəzi ayələr aşağıdakı kimidir:


    «Saleh tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan başçıları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: «Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş olduğunu bilirsinizmi?» - deyə soruşdular. Onlar: «Bəli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökmlərə) inanırıq!» - deyə cavab verdilər. (İman gətirməyi) özlərinə ar bilənlər: «Sizin inandığınıza biz inanmırıq!» - dedilər»
    («Əraf» surəsi, 75-76).


    «Şüeyb tayfasının iman gətirməyi özlərinə sığışdırmayan əyanları: «Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!» - dedilər. Şüeyb belə cavab verdi: «Biz istəməsəkdə?»« («Əraf» surəsi, 88).

    İnkarçı qövmlərin başçıları lovğalıqda və təkəbbürdə o qədər irəli getmişdilər ki, onlara da peyğəmbər kimi vəhy gəlməyincə Allah`a iman gətirməyəcəklərini elan etmişdilər:

    Davamı

  • Allahı inkar edən qövmlər

    Bura qədər də bəhs etdiyimiz kimi, qövmlərin bütün inkarçı başbilənləri hər bir dövrdə eyni azğınlıq və üsyankarlıqla ortaya çıxmışdı.

    Allahı inkar edən qövmlər

    Bura qədər də bəhs etdiyimiz kimi, qövmlərin bütün inkarçı başbilənləri hər bir dövrdə eyni azğınlıq və üsyankarlıqla ortaya çıxmışdı. Bu inkarçı başbilənlər onları doğru yola dəvət etmək üçün Allah`ın göndərdiyi elçiləri təkəbbür göstərərək yalançı hesab etmiş, onlara qarşı çıxaraq doğrunu inkar etmişdilər. Onlar Allah`a qarşı olduqlarına görə də bunun cavabını bu dünyada və axirətdə buna müvafiq şəkildə almışlar.

    İndi isə inkarçıların aparıcı simalarının Quranda haqqında bəhs olunan qövmlərə və onlara göndərilmiş peyğəmbərlərə qarşı olan davranışlarını bir-bir nəzərdən keçirək.

    Nuh qövmü

    Nuh qövmünün aparıcı inkarçıları da tarixdəki oxşarları kimi olduqca lovğa və təkəbbürlü idilər. Hz.Nuh onları dinə dəvət etdiyi zaman onların arasından çox az sayda insan onun bu dəvətinə cavab vermişdi. Buna baxmayaraq Hz.Nuh onların axirət əzabına düçar olmaması üçün böyük səy göstərmişdi. Lakin Hz.Nuhun bütün səylərinin müqabilində qövmünün ona cavabı belə olmuşdu:

    «Nuh tayfasının kafir əyan-əşrafı dedilər: «Biz səni ancaq özümüz kimi adi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin, bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!»« («Hud» surəsi, 27).

    Azğın ifadələrindən təkəbbürləri asanlıqla sezilən bu adamlar Hz.Nuhun yanındakı insanları da təhqir etmişdilər. İnkarçıların fikrincə, üstünlük yalnız var-dövlətə, mal-mülkə, çoxlu övlada, mövqe və vəzifə cəhətdən yüksək olmağa bağlı bir nəsnədir və buna görə də onlar peyğəmbərə tabe olan möminlərdə də bu xüsusiyyətləri axtarmışdılar. Əsl üstünlüyün əxlaqla, Allah`a olan yaxınlıqla bağlı olduğunu isə heç düşünməmişdilər. Nuh qövmünün öz elçilərinə münasibətdə istifadə etdiyi təkəbbür və lovğalıq dolu davranış üsulu aşağıdakı ayələrdən açıq şəkildə görünür:

    Davamı

  • Möminlərin təvazökarlığı

    Quranda xəbər verilən «Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar ...

    Möminlərin təvazökarlığı

    Quranda xəbər verilən «Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər» («Səcdə» surəsi, 15) ayəsindən də aydın olur ki, imanın ən mühüm şərtlərindən və ən bariz əlamətlərindən biri təkəbbür göstərməməkdir. Möminlər isə «Səcdə» surəsindəki bu ayəyə əsasən və Allah`ın lovğalanıb təkəbbür göstərən insanları sevməyəcəyini («Nİsa» surəsi, 36) bildiklərinə görə daim təvazökarlıq göstərirlər:

    «Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər» («Furqan» surəsi, 63).
    Din əxlaqı özü ilə bərabər Allah`a səmimi şəkildə iman gətirməyi və Ona təslim olmağı, təslimiyyət isə həmin möminin öz acizliyini və zəifliyini dərk etməsini gətirir. Hər şeyin Allah`a aid olduğunu və özlərinin də Onun qarşısındakı çatışmazlıq və qüsurlarını, zəiflik və acizliklərini bilən möminlər Rəbbimizin yaratdığı digər bəndələrə qarşı da təbii olaraq bir təvazökarlıq göstərirlər.

    Təkəbbürün və təvazökarlığın ən çox insanlar arasındakı münasibətlərdə ortaya çıxdığını demək əslində səhv olmazdı. Təkəbbür bəndənin Allah qarşısında lovğalanması, özünü böyük tutması olduğu halda yenə də əsasən insanlara qarşı göstərilir. Çünki birbaşa Allah`a qarşı təkəbbürlü olmaq çox az insanın cürət edəcəyi bir dəlilikdir. Bu, Firona və azğınlıqdan gözü bağlanan onun kimi insanlara xasdır. Bunun əksinə olaraq təkəbbürlü insanların çoxu bu günahı Allah`a qarşı etsələr də əslində Allah`a qarşı açıq şəkildə təkəbbür göstərmirlər, təkəbbürlərini əsasən Allah`ın bəndələrinə qarşı göstərirlər.
    İblis də onlardan biridir. O da Hz.Adəmə səcdə etməyi qəbul etməmişdi. İblis Allah`ın sonsuz qüdrətini bilib tanıdığı üçün Onun qarşısında açıq şəkildə üstünlük iddiasına düşməsi qeyri-mümkün idi. Lakin İblis Allah`ın «Adəmə səcdə et» əmrini öz qüruruna sığışdırmamış, Hz.Adəmə qarşı təkəbbür göstərmişdi ki, bu da əslində Allah`a qarşı üsyan etmək demək idi. Dolayısı ilə belə deyə bilərik ki, Allah qarşısında böyük bir günah sayılan təkəbbürün üzə çıxdığı məqam bir insanın başqaları ilə olan münasibətidir.

    Davamı

  • Təkəbbürlü olub din əxlaqına uyğun yaşamaq mümkündürmü?

    Təkəbbürlə din əxlaqının vacib şərtlərinin bir yerdə ola bilməməsi aşkar bir həqiqətdir. Çünki dinin ən mühüm şərti yalnız Allah`ı üstün və böyük bilmək, yalnız Onu tanrı kimi qəbul etməkdir.

    Təkəbbürlü olub din əxlaqına uyğun yaşamaq mümkündürmü?

    Təkəbbürlə din əxlaqının vacib şərtlərinin bir yerdə ola bilməməsi aşkar bir həqiqətdir. Çünki dinin ən mühüm şərti yalnız Allah`ı üstün və böyük bilmək, yalnız Onu tanrı kimi qəbul etməkdir. Təkəbbürlü insan isə özünü Allah`dan asılı deyil, sərbəst bir varlıq kimi görür və öz istəklərindən irəli gələn əmrləri yerinə yetirir, həmçinin Allah`ın qulu olması haqda düşünmür. Allah`ın ona verdiyi xüsusiyyətlərə görə təkəbbür göstərərək öz nəfsini ucaldır. Qİsası, öz nəfsini tanrı sayıb ona tapınır, onu Allah`a şərik qoşur. Bu səbəbdən də təkəbbürlə bir yerdə din əxlaqının yox, yalnız şirkin (Allah`a şərik qoşmaq) olması mümkündür.
    Qeyd etdiyimiz kimi, təkəbbürlü insan nəfsini ilahiləşdirdiyinə görə o, Allah`dan başqa tanrı olmadığını təsbit edən haqq dinlə ən əsas nöqtədə toqquşur. Bu səbəbdən də onun din əxlaqına uyğun yaşamasından hətta söhbət də gedə bilməz. Bir qədər sonra da bildirəcəyimiz kimi, bəziləri istisna olmaqla təkəbbürlü insanların din əxlaqına uyğun yaşamaq kimi bir istəkləri də olmur. Təkəbbür göstərərək lovğalanan adamların dinə qarşı necə inadla müqavimət göstərməsi və dindən sürətlə uzaqlaşması bir çox ayələrdə bildirilir: «Onlara: «Allah`dan başqa heç bir tanrı yoxdur!» - deyildiyi zaman təkəbbür göstərirdilər» («Saffat» surəsi, 35-36). Bu ayədə də ifadə edildiyi kimi, bu adamların qəlbindəki lovğalıq hissi onların Allah`ı və elçilərini qəbul etməsinə mane olur. İnkarçıların təkəbbürü bəzən elə dəhşətli həddə çatır ki, onlar Allah`a hətta açıq şəkildə düşmənçilik edirlər. Əsassız bir təkəbbür və lovğalıq göstərən bu insanların Allah`ın xatırlanmasına qarşı olan davranışları Quranda aşağıdakı kimi bildirilir:

    «...Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər» («İsra» surəsi, 46).

    Din əxlaqının məqsədi insanın öz Rəbbini tanıyıb təqdir etməsi və Ona yaxınlaşması, Onun razılığını əldə etməyə vəsilə olacaq əxlaqı qazanmasıdır. Bu baxımdan təkəbbürlülük dinin məqsədinə tamamilə zidd olan bir amildir. Çünki təkəbbürlülük və lovğalıq Allah`ın sevmədiyi, Onun qəzəbinə səbəb olan bir xüsusiyyətdir. Ayələr bunu belə ifadə edir:

    Davamı

  • Təkəbbürlü insanların axirətdəki vəziyyəti

    Allah Quranda təkəbbürlü insanlar haqqında buyurarkən «Firon təkəbbürlü» bu insanların aqibətinin nə olacağını da bildirmişdir. Allah Öz ayələrində belə hökm edir:

    Təkəbbürlü insanların axirətdəki vəziyyəti

    Allah Quranda təkəbbürlü insanlar haqqında buyurarkən «Firon təkəbbürlü» bu insanların aqibətinin nə olacağını da bildirmişdir. Allah Öz ayələrində belə hökm edir:

    «Ona: «Allah`dan qorx!» -deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!» («Bəqərə» surəsi, 206).

    Quranda da bildirildiyi kimi, dünya həyatını Rəbbimizə qarşı təkəbbür göstərməklə yaşayan belə insanların axirətdə alacağı cavab yalnız cəhənnəm olacaqdır. Bunu təsbit edən ayələr aşağıdakı kimidir:

    «...Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!» («Mumin» surəsi, 60).

    «Bu sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir! Girin cəhənnəmin qapılarına orada əbədi qalmaq üçün! Təkəbbürlülərin sığınacağı necə də pisdir!» («Mumin» surəsi, 75-76).

    Bu dünyada əllərində olan sərvət və imkanlar sayəsində öz həddini aşan, bütün bunlara güvənərək yollarını azan təkəbbürlü insanlar böyük səhvə yol verirlər. Onlar axirətdə başlarına nələrin gələcəyi haqqında heç düşünmür, özlərinə aid etmədikləri, özlərini uzaq hesab etdikləri axirət əzabına gözləmədikləri bir anda düçar olurlar. Bu dünyadakı qİsa ömürlərində Allah`ı, hesab verəcəkləri anı və qiyamət gününü düşünməmələrinin müqabilində onlar cəhənnəmə sövq edilirlər. Bura əbədi hesab etdikləri həyatlarının bundan sonrakı hissəsini keçirəcəkləri məskəndir. Allah`ı və axirəti yaddan çıxaran bu insanların axirətdə düşəcəkləri vəziyyət Quranda belə bildirilir:

    Davamı

  • Təkəbbürlü insanların yoldan çıxardığı adamların axirətdəki vəziyyəti

    Təkəbbürlü insanların ən bariz xüsusiyyətlərindən biri başqalarını da yoldan azdırmaqdır. Ayələrin birində onların bu işi «boynunu təkəbbürlə sağa-sola əyərək» etdikləri bildirilir:

    Təkəbbürlü insanların yoldan çıxardığı adamların axirətdəki vəziyyəti
    p>Təkəbbürlü insanların ən bariz xüsusiyyətlərindən biri başqalarını da yoldan azdırmaqdır. Ayələrin birində onların bu işi «boynunu təkəbbürlə sağa-sola əyərək» etdikləri bildirilir:

    «İnsanlar içində eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri və nurani kitabı olmadan Allah barəsində mübahisə edər. O, boynunu əyərək Allah yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!» («Həcc» surəsi, 8-9).

    Təkəbbür göstərib lovğalanan insanlar axirətdə cəhənnəmə göndərilərkən bu dünyada özünü onlara bənzədən, onlara qibtə edən və bu adamların arxasınca gedərək onlara uyan insanlar da onlarla birlikdə cəhənnəm oduna atılacaqlar. Bu adamlar malik olduqları dünyəvi üstünlüklər səbəbi ilə təkəbbür göstərib lovğalanan insanlara uymuş adamlardır. Belə insanlar içində Firon təkəbbürü daşıyan adamlar qədər azğın olmasalar da onların yolu ilə gedən iradəsiz, mənfəətpərəst, imansız, şəxsiyyətsiz insanlardır. Belə bir vəziyyətdə olan Firon qövmündən Quranda aşağıdakı şəkildə bəhs edilir:

    «Firon öz qövmünə müraciət edib dedi: «Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?!
    ...Beləliklə, öz qövmünü yelbeyin yerinə qoydu, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər!» («Zuxruf» surəsi, 51, 54).

    Həyatları boyunca onlara edilmiş hər bir zülmə və ədalətsizliyə göz yuman belə insanlar təkəbbürlü insanların təsiri ilə Rəbbimizə sığınıb Ona qul olmaq haqqında düşünə bilməmişlər. Yol verdikləri ağılsız hərəkətlərini qiyamət günü başa düşsələr də artıq çox gec olur.
    Hamı birlikdə Allah`ın qarşısında hesabat vermək üçün dayandığı zaman təkəbbürlü adamlar və bu adamlara uyaraq onlarla birlikdə cəhənnəmə göndərilənlər arasında mübahisələr yaranacaq:

    Davamı

  • Nəticə

    Bütün kitab boyunca izah olunduğu kimi, təkəbbürlü və lovğa insanların ən başlıca xüsusiyyəti onların özlərinin yaradılmış, deməli, ölümlü varlıqlar...

    Nəticə

    Bütün kitab boyunca izah olunduğu kimi, təkəbbürlü və lovğa insanların ən başlıca xüsusiyyəti onların özlərinin yaradılmış, deməli, ölümlü varlıqlar olduqlarını və həyatlarının sonunda bir gün mütləq öləcəklərini yaddan çıxarmaları, Allah qarşısında çox aciz və yazıq olmaları haqqında heç düşünməmələridir. Belə insanlar düşdükləri şəraitdən asılı olmayaraq boş bir təkəbbür hissinə qapılmaq üçün evlərinin gözəlliyi, onun içində olan əşyalar, avtomobilinin markası və ya modeli, geyiminin keyfiyyəti, saçının uzun və sıx olması, gözünün rəngi, boyunun uzunluğu, fiziki gözəlliyi, cəmiyyətdə tutduğu mövqe, şöhrət, familiyasının məşhurluğu və s. bu kimi səbəblər tapa bilirlər.

    Lakin onlar heç düşünmürlər ki, «Hər bir kəs ölümü dadacaqdır» («Ali-İmran» surəsi, 185) ayəsində də qeyd olunduğu kimi, bir gün mütləq torpağın altına gedəcəklər. Onların dəyərli hesab etdikləri hər şey də özlərinin ardınca yox olacaq, yüksək qiymət verdikləri bədənləri çürüyəcək və ondan yalnız bir sümük yığını qalacaq, ən son model avtomobil adlandırdıqları metal yığınları isə bir neçə on ildən sonra işə yaramayacaq bir vəziyyətə düşərək paslanacaq, şöhrətləri, mövqeləri və nüfuzları bəlkə də bir neçə ildən sonra heç kim tərəfindən xatırlanmayacaq. Hətta aradan yüz il keçdikdən sonra dünyada onları tanıyan bir nəfər də olsun adam qalmayacaq. Bu adamların bütün bunları dərk edə bilməməsi, eyni zamanda bu məsələlər barədə heç düşünməməsi onların əslində nə qədər dar düşüncəyə malik olmasının, daha doğrusu, ağılsız insanlar olmasının bir əlamətidir.

    Lakin ağılsızlıq böyük bir aldanış içində olan həmin insanlar üçün yüngülləşdirici bir səbəb deyil. Çünki Allah hər bir insanı yaratmış və ona iki yol, iki məqsəd təqdim etmişdir. Belə ki, insan Allah`a qəlbən bağlı olan bir bəndə kimi bütün həyatını əbədi gözəlliklər məskəni olan cənnət uğrunda savab qazanaraq keçirə yaxud da öz nəfsini ilahiləşdirərək Rəbbinə qarşı təkəbbür göstərə bilər. Birinci halda Allah onun ağlını artırır, ikinci halda isə ağlını əlindən alır. İblis kimi təkəbbür göstərib lovğalanan insanlar məqsəd olaraq ikinci yolu seçmişdilər. Üstəlik onlar hər dəfə xəbərdar edilsələr də inadkarlıq göstərməkdə davam etmiş və Allah`a qarşı çıxmışdılar. Belə insanlar ayələrin birində aşağıdakı kimi qiymətləndirilir:

    Davamı